ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Tudor ən tez qovulan məşqçilər siyahısında
İqor Tudor "Tottenhem"dən istefaya göndərilməklə Premyer Liqada ən tez qovulan baş məşqçilər siyahında 5-liyə düşüb.
QOL.az xəbər verir ki, London klubu bazar günü Tudorun istefasını elan edib. Xorvatiyalı məşqçi 44 gün "Tottenhem"i çalışdırıb. Bu müddətdə "Tottenhem" 7 oyundan yalnız birində qalib gəlib.
Premyer Liqanın 1992-ci ildə yaranmasından bəri, daha tez qovulmuş məşqçilər 2006-cı ildə "Çarlton Atletik"dən Les Reid (41 gün), 2025-ci ildə "Nottingem Forest"dən Ange Postekoqlu (40 gün) və 2023-cü ildə "Lids Yunayted"dən Sem Allardays (31 gün) olub. Siyahıya müvəqqəti məşqçilər daxil deyil.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.