AZ

Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb

Rusiya və Serbiya arasında təbii qaz müqaviləsinin müddəti üç ay müddətinə uzadılıb...

APA Serbiya mətbuatına istinadən xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

Vuçiç bildirib ki o, rusiyalı həmkarı Vladimir Putinlə söhbəti zamanı Rusiyadan Serbiyaya təbii qaz tədarükünü təmin edən müqavilənin növbəti üç ay üçün çox sərfəli şərtlərlə uzadılmasına nail olub.

“Biz demək olar ki, bütün sahələr haqqında danışdıq və mənim üçün ən böyük əhəmiyyət kəsb edən məsələ qaz müqaviləsinin növbəti üç ay üçün çox sərfəli şərtlərlə uzadılması oldu. Buna görə də mən Prezident Putinə təşəkkür etdim”, – Vuçiç bildirib.

Onun sözlərinə görə, Belarusdan sonra Avropada ən aşağı təbii qaz qiyməti Serbiyada olacaq.

Vuçiç əlavə edib ki, o, Putinlə Serbiya və Rusiya arasında müxtəlif iqtisadi sahələrdə əməkdaşlıq, xüsusilə 2026–2031-ci illərlə bağlı bütün məsələlər barədə danışıb.

Poliqon.info

Seçilən
14
5
poliqon.info

6Mənbələr