AZ

Rasim Balayevlə bağlı bilinməyənlər KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, görkəmli kino aktyoru, Xalq artisti Rasim Balayev 77 yaşında vəfat edib.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, sənətkarın həyatından maraqlı anları təqdim edir.

Rasim Balayev 8 uşaqlı ailədə böyüyüb. Atası məsul vəzifələrdə çalışdığı üçün uşaqlığı qayğısız keçib, ailə həyatı qurduqdan qısa müddət sonra isə atası vəfat edib.

Həm atasını qəflətən itirməsi, həm də sənət həyatında istədiyi kimi irəliləyə bilməməsi səbəbindən əsəb sarsıntısı keçirib.

1973-cü ildə “Azərbaycanfilm”in Bədii Şurası onu Nəsimi roluna təsdiqləməklə, həm də ölümdən qurtarır. Bununla da Rasim Balayevin sənət karyerası yüksəlişə keçir.

Rasim Balayev müsahibələrindən birində deyir ki, rayondan gəlib Bakı yataqxanalarında yaşadığı vaxtlarda ətrafındakı qumar oynayanlar və narkotikdən istifadə edən yaşıdları da olub. Amma Balayev onlara qoşulmayıb – yaradıcılığa və məqsədinə sadiq qalıb.

Ailə həyatı və uşaqlıq sevgisi

Rasim Balayev uşaqlıq sevgisi olan əmisi qızı Sevil xanımla ailə həyatı qurub. Hərçənd ailə böyükləri yeni qohumlar qazanmaq və qohumluq əlaqələrinin şaxələnməsi üçün, həmçinin yaxın qohum evliliyinin tibbi risklərini nəzərə alaraq, onun qohumlardan olmayan bir qızla evlənməsini arzu edirmişlər.

Amma orta məktəbin son siniflərindən münasibətləri ciddi hal alan Rasim və Sevil 22 yaşında evləniblər. Onların iki oğlu dünyaya gəlib.

“Nəsimi” filmindən sonra yaşadığı məşhurluq və karyerasındakı yüksəliş də onun şəxsi həyatını ikinci plana keçirməyib. İntensiv yaradıcılıq həyatı ailənin gəlirlərini də artırdığı üçün radikal qərar alırlar:

Rasim Balayev, həyat yoldaşını, ali təhsil almasına baxmayaraq, uşaqların tərbiyəsi ilə yaxından məşğul olması və özünün dediyi kimi, cəmiyyətə yararlı insan kimi yetişməsi üçün işdən çıxardır.

“Mənim kino yaradıcılığımdakı uğurlar bir yana, mən ən çox ona görə xoşbəxtəm ki, cəmiyyətə yararlı insanlar yetirdim. Qonum-qonşuda o qədər pozğun uşaqlar vardı ki, gedib onlara da qoşula bilərdilər. Axı, nə qədər nəzarət etsəm də, hər dəqiqə onları izləyə bilmirdim”.

Sevgi məktubları və şəxsi həyat

Rasim Balayev Azərbaycan aktyorları arasında ən çox sevgi məktubları alan aktyor olub. Gənc qızlar onu ideal kişi obrazı kimi görürdü. Lakin Balayev hisslərini cilovlayaraq, ailəsini qorumağa və sənətdə peşəkarlığını saxlamağa üstünlük verib, şəxsi həyatının səliqəsini pozmayıb.

“Mənə torbalarla sevgi məktubları gəlirdi. Bunlardan bəzilərini saxlamışam. Oxuyurdum, amma cavab yazmırdım. Çünki əksəriyyəti sevgi-məhəbbət məzmunlu idi. Artıq mən ailə qurmuşdum. İstəmirdim ki, kimisə aldadım, sui-istifadə edim. İllər keçdikcə hər şey axarına düşdü. Evdə də bildilər ki, bu sənətin xüsusiyyəti belədir. Mənim ala gözümə aşiq olmamışdılar. Sadəcə mən aktyor olduğum üçün bu diqqəti görürdüm. Mən özüm də institutda oxuyanda Hökumə Qurbanovanı, Əli Zeynalovu görəndə arxalarına düşürdüm ki, görüm bunlar necə yeriyir, necə gəzirlər. Başa düşürdüm ki, mənə məktub yazanlar da məni filmdə görüb aktyor kimi maraq göstərirlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
3
konkret.az

4Mənbələr