AZ

"Hər dəfə 7 qol vurmaq olmur, uşaqlar hücumda çox effektli performans sərgilədilər" - Qəzənfər Abbasov

2-ci Liqanın 20-ci turu çərçivəsində dünən "Şirvan"ı 7:3 hesabı ilə məğlub edən "Qaradağ Lökbatan" növbəti darmadağınla çempionluq uğrunda mübarizədən qopmaq niyyətində olmadığını isbatladı. Meydan sahiblərinin baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb qələbəni şərh etməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Çox vacib qələbə oldu. Komanda oyuna ciddi hazırlaşmışdı və bunu meydanda göstərdi. Hər dəfə 7 qol vurmaq olmur, uşaqlar hücumda çox effektli performans sərgilədilər. Hər iki komanda açıq futbol oynadı. Biz hücumda daha dəqiq idik, yaradılan şansları maksimum dəyərləndirdik. Amma 3 qol buraxmağımız göstərir ki, müdafiədə hələ işləməliyik. Komanda ruhu və sürətli hücumlar vacib şərtdir. Uşaqlar meydanda bir-birini yaxşı başa düşürdülər. Topu tez irəli daşıyıb rəqibi təzyiq altında saxladıq. "Şirvan" pis komanda deyil. Sadəcə biz daha yaxşı idik və oyunu öz nəzarətimizdə saxladıq. Bu qələbə bizi arxayınlaşdırmamalıdır. Müdafiədə səhvləri analiz edib daha balanslı oyun qurmağa çalışacağıq. Bu qələbəni azarkeşlərimizə həsr edirik. Onların dəstəyi bizim üçün çox önəmlidir. İnşallah bu cür qələbələri davam etdirəcəyik".

Toğrul

Seçilən
7
1
fanat.az

2Mənbələr