"Yuventus"un kapitanı Manuel Lokatelli son zamanların tez-tez tənqid edilən futbolçularından biridir. Bununla belə, o, cari mövsümdə yalnız 3 oyunu buraxıb. Çünki Luçano Spallettinin komandasını Lokatelli olmadan təsəvvür etmək çətindir.
Publika.az xəbər verir ki, italyan futbolçunun şəxsi həyatı da uğurludur. O, sentyabrda ikinci dəfə ata olub. Tessa Lakoviç adlı xanımla evlidir. Kosta-Rikadan olan gözəl 22 mart 1998-ci il təvəllüdlüdür. Tessa Manueldən cəmi üç ay kiçikdir.

Lakoviç uşaqlığını və gənclik illərini vətənində keçirib. Məktəbi bitirdikdən sonra Tessa ailəsi ilə birlikdə Milan şəhərinə köçüb və Müqəddəs Qəlb Katolik Universitetinə daxil olub, burada reklam və marketinq ixtisasını öyrənib.
Lokatelli "Milan"ın yetirməsidir və 2019-cu ilə qədər “qırmızı-qaralar”da çıxış edib. Tessa və Manuel məhz moda paytaxtında tanış olublar. Onlar 2017-ci ildə, futbolçunun əsas komandadakı ilk mövsümündə tanış olublar.