Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Şəmkirdə qətl hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb.
Kənd sakini sakini 33 yaşlı Anar Allahverdiyev küt alətlə 66 yaşlı anası Çiçək Sərdarovanı qətlə yetirib. O, daha sonra üzərinə sürtkü yağı tökərək özünü yandırıb. Onun öldüyü bildirilir.
Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.