AZ

Azərbaycan 2 MÜHÜM layihəyə qoşuldu – Hərbi sənayemizdə YENİ dövr

Azərbaycan müdafiə-sənaye kompleksində yeni mərhələyə qədəm qoyur. Qardaş Türkiyə ilə hərbi-texniki əməkdaşlıq çərçivəsində ölkəmizdə artıq müasir aviasiya platformaları üçün komponentlərin istehsalına start verilib.

Musavat.com-un məlumatına görə, söhbət KAAN döyüş təyyarəsi və HÜRKUŞ təlim-hücum təyyarəsi üçün detallardan gedir. Layihə Türk Aerokosmik Sənayesi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Şirkətin baş direktoru Mehmet Demiroğlu bildirib ki, bu proqramlar üzrə istehsalın bir hissəsi artıq Azərbaycanın ərazisində reallaşdırılır. Onun sözlərinə görə, bu addım iki ölkə arasında sənaye kooperasiyasının dərinləşdirilməsinə xidmət edir və gələcəkdə daha genişmiqyaslı istehsal imkanlarının yaradılmasına zəmin yaradır.

Məlumatlara əsasən, layihə çərçivəsində yüksək texnologiyalı komponentlərin istehsalı nəzərdə tutulur ki, bu da Azərbaycanın müdafiə sənayesində texnoloji səviyyənin yüksəlməsi baxımından strateji əhəmiyyət daşıyır.

Şahanə Rəhimli,
Musavat.com

Seçilən
48
musavat.com

1Mənbələr