AZ

İran ABŞ-nin münaqişənin həlli planını "qeyri-real" ADLANDIRDI

İranın münaqişənin həlli ilə bağlı Amerika planı real deyil.

Redaktor.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Bəqai qeyd edib ki, "bizə təqdim edilən məqamlar, hansı adla olursa olsun, məsələn, 15, az və ya çox, qeyri-real və irrasionaldır və həddindən artıq tələbləri təmsil edir".

O əlavə edib ki, hazırda İranın bütün səyləri özünün müdafiəsinə yönəlib.

ABŞ İrana hazırda Tehranda müzakirə olunan 15 maddəlik atəşkəs planını təqdim etdiyini açıqlayıb.

Aminə ŞAHSUVARQIZI

Seçilən
5
25
redaktor.az

10Mənbələr