Olaylar.az Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 6,626 milyon dollar və ya 2 dəfə artıb.
Məlumata əsasən, hesabat ilində Qırğızıstandan Azərbaycana yönələn investisiyaların ölkəyə daxil olan ümumi birbaşa xarici investisiyalardakı payı 0,2% təşkil edib.
2024-cü ildə Qırğızıstandan Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 6,407 milyon ABŞ dolları olub.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına yönələn birbaşa xarici investisiyaların həcmi 6,595 milyard ABŞ dollarını ötüb. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 450,9 milyon dollar və ya 6,4% azdır.
Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyatlara yönələn birbaşa xarici investisiyaların həcmi 2,528 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 765,4 milyon dollar və ya 43,4% çoxdur.