AZ

"İnter"in hücumçusu sıraya döndü

Milan "İnter"inin argentinalı futbolçusu Lautaro Martines zədəsini sağaldaraq sıraya dönüb.

Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, artıq kollektiv məşqlərə qatılan hücumçunun A Seriyasının 31-ci turunda "Roma"ya qarşı oynamaq ehtimalı yüksəkdir. 

Cənubi amerikalı forvard Norveçin "Budyo Qlimt" komandasına uduzduqları matçda - UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda sıradan çıxmışdı.

Xatırladaq ki, "İnter" "Roma" ilə aprelin 5-də üz-üzə gələcək.

Toğrul
 

Seçilən
21
1
fanat.az

2Mənbələr