Aktual.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatında deyilir.
"Sürücülərdən xahiş edirik ki, bunu nəzərə alsınlar, yolda tələskənliyə yol verməsinlər, ötmə və manevr qaydalarına xüsusi diqqət etsinlər, nəqliyyat vasitələri ilə ara məsafəsini qorusunlar. Eyni zamanda, piyadalardan da xahiş edirik ki, yolu keçərkən diqqətli olsunlar və yol hərəkəti qaydalarına ciddi riayət etsinlər.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, hər bir yol hərəkəti iştirakçısının qaydalara riayəti ümumi təhlükəsizliyə xidmət edir. Hər kəsin məsuliyyətli davranışı yolumuzun təhlükəsizliyinin təminatıdır", DYP-dən bildirilib.