AZ

"Arsenal”ın futbolçusu sıradan çıxdı

"Arsenal"ın cinah oyunçusu Noni Madueke zədələnərək sıradan çıxıb.

90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, 24 yaşlı futbolçu İngiltərə millisinin Uruqvayla oyunu zamanı (1:1) zədələnib və qarşılaşmanın birinci hissəsi ərzində əvəzlənib.

Maduekenin zədəsi ciddi olmadığını lakin onun "Sauthempton"la (4 aprel FA Kuboku) və "Sportinq"lə (7 aprel Çempionlar Liqası) oyunu buraxacağı gözlənilir.

Noni Madueke 2025/2026 mövsümündə klubunda 31 oyunda meydana çıxıb, yeddi qol vurub və dörd məhsuldar ötürmə edib. "Arsenal" hazırda İngiltərə Premyer Liqasında liderdir.

Seçilən
62
90deqiqe.az

1Mənbələr