AZ

Dursun Özbəkdən rekord "Trabzonspor" bonusu

"Qalatasaray" rəhbərliyi çempionluq yolunda futbolçularını stimullaşdırmaq üçün kisənin ağzını açıb.

Fanat.Az xəbər verir ki, klub prezidenti Dursun Özbək "Trabzonspor" matçı üçün qələbə bonusunu rekord məbləğdə – 2 milyon avro olaraq müəyyənləşdirib.

Sarı-qırmızılılar daha öncə "Beşiktaş" derbisi üçün 1.5 milyon avro, "Başakşəhər" qələbəsi üçün isə 1 milyon avro mükafat paylamışdı.

Rəhbərliyin bu addımı komanda daxilində motivasiyanı ən yüksək həddə çatdırıb. Azarkeşlər bu mühüm qarşılaşmadan yalnız qələbə gözləyir.

Seçilən
11
1
fanat.az

2Mənbələr