AZ

3 ölkə bir-biri ilə silahlarını dəyişir -

Ukrayna ilə Körfəz ölkələri arasında əlamətdar müdafiə müqaviləsi imzalanıb.Metbuat.az xəbər verir ki, müqaviləyə əsasən, Ukrayna, Səudiyyə Ərəbistanı və Qətər heç bir ödəniş etmədən dron və raket mübadiləsi aparacaqlar. Məlumata görə, Ukrayna Prezidenti Vladimir Zelenskinin Körfəz ölkələrinə rəsmi səfərləri müdafiə sənayesində tarazlığı dəyişdirəcək müqavilələrin imzalanmasına səbəb olub. İmzalanan müqavilələrin əsasını təcrübə ötürülməsinə əsaslanan texnoloji mübadilə təşkil edir.

Ukrayna ucuz dron müdafiə sistemləri sahəsinə dair bilikləri və sınaqdan keçirilmiş texnologiyaları Körfəz ölkələrinə ötürməyi öhdəsinə götürüb. Bunun müqabilində Kiyev regional ölkələrin inventarlarında olan və Rusiyanın intensiv hava hücumlarına qarşı vacib olan yüksək texnologiyalı hava hücumundan müdafiə raketlərinə çıxış əldə edə bilər.

Seçilən
18
45
metbuat.az

10Mənbələr