AZ

Livan prezidenti: Sülhü pozan əl kəsiləcək

ain.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Livan prezidenti Cozef Aun ölkədəki sabitliyi pozmaq cəhdlərinə qarşı xəbərdarlıq edərək, hakimiyyət orqanlarının qətiyyətli hərəkətə keçəcəyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə Livan Milli Xəbər Agentliyi məlumat yayıb.

Aun təhlükəsizlik qüvvələrinin həbslər və silah müsadirələri də daxil olmaqla qəti tədbirlər gördüyünü vurğulayıb: “Sülhü pozmaq üçün uzanan əl kəsiləcək. Livanda heç kim vətəndaş müharibəsi arzulamır və vəziyyətdən sui-istifadə etməyə çalışan heç kim uğur qazana bilməyəcək”.

Aun, həmçinin cənubdakı vəziyyətin pisləşməsinə işarə edərək, bunu İsrail tərəfindən törədilən ciddi qanun pozuntuları səbəbindən faciəvi hesab edib. O, beynəlxalq səviyyədə danışıqların aparılması üçün səylərin davam etdiyini qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
hurriyyet.az

2Mənbələr