Azərbaycan millisi bu gün “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ikinci oyununa çıxıb.
İdmanxeber.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Syerra Leone yığması ilə üz-üzə gəlib. Görüşün əsas vaxtı heç-heçə sona çatıb – 1:1. Penaltilər seriyasında isə Azərbaycan yığması rəqibini üstələyərək, turnirin qalibi olub.
Bu, Azərbaycan millisinin tarixində Afrika təmsilçisinə qarşı ilk oyun olub.
“FIFA Series – 2026”
30 mart
19:00. Azərbaycan – Syerra Leone 1:1
Penaltilər: 9:8
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu