AZ

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Azərbaycan millisi bu gün “FİFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ikinci - final oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Syerra Leone yığması ilə üz-üzə gəlib.

Bu, Azərbaycan millisinin tarixində Afrika təmsilçisinə qarşı ilk oyunudur. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.
 

Qeyd edək ki, hazırda Azərbaycan millisi FİFA reytinqində 125-ci, Syerra Leone isə 119-cu yeri tutur.


Xatırladaq ki, Azərbaycan millisi martın 27-də Sent Lüsiya yığmasını 6:1 hesabı ilə məğlub edib.

“FIFA Series – 2026”

30 mart

19:00. Azərbaycan - Syerra Leone - 1:1 (Penaltilər - 9:8)

Qol: Kanu, 28 (0:1), Rahil Məmmədov, 72 (1:1)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu




Bizim.Media

Seçilən
4
2
bizim.media

10Mənbələr