AZ

İrandan atılan növbəti raket Türkiyənin hava məkanında zərərsizləşdirilib  

Türkiyənin Milli Müdafiə Nazirliyi ölkənin hava məkanına daxil olan İrana məxsus növbəti ballistik raketin məhv edildiyini açıqlayıb.

AZƏRTAC nazirliyin məlumatına istinadla xəbər verir ki, İrandan atılan raket NATO-nun Şərqi Aralıq dənizində yerləşən hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyindən bildirilib ki, Türkiyənin ərazisinə və hava məkanına yönəlmiş bütün təhdidlərə qarşı qətiyyətlə və tərəddüd etmədən müvafiq tədbirlər görülür:”Ankara regiondakı bütün prosesləri milli təhlükəsizliyin prioriteti olaraq qəbul edir və diqqətlə izləyir".

Məlumata görə, bu, mart ayında Türkiyənin cənubunda zərərsizləşdirilən sayca dördüncü İrana məxsus ballistik raketidir.

Seçilən
5
3
azerbaijan-news.az

4Mənbələr