AZ

Müharibədən sonra İranı nə gözləyir? — AÇIQLAMA

İranda mövcud daxili gərginliklər və siyasi qüvvələr arasındakı mübarizə region üçün narahatlıq doğurur. Müharibə başa çatsa belə, bəzi qüvvələrin, o cümlədən SEPAH-ın hakimiyyətə təsirini artırmağa çalışacağı ehtimalı mövcuddur. Belə vəziyyət həm İranda, həm də qonşu ölkələrdə siyasi sabitliyə, təhlükəsizliyə və iqtisadi vəziyyətə təsir göstərə bilər. Regionda yeni gərginliklərin yaranması, sərhəd təhlükəsizliyi və enerji nəqliyyat yollarına risklərin artması da mümkündür.

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Demokrat.az-a bildirib ki, İran və ABŞ arasındakı müharibə yalnız regiona deyil, bütün dünyaya təsir göstərir və artıq qlobal xarakter alıb:

"Hal-hazırda İranda hərbi qüvvələrin, xüsusilə SEPAH-ın təsiri güclənib. Faktiki olaraq, ölkədə əsas siyasi və hərbi qərarlar SEPAHın əlində cəmləşib. SEPAH hakimiyyəti artıq hakimiyyətə “çalışmaq” mərhələsində deyil, faktiki olaraq bu güc artıq onların nəzarətindədir.

İrandakı daxili siyasi mübarizənin regiona təsiri hazırda savaşın özü ilə bağlıdır. Gələcəkdə müharibə bitdikdən sonra hakimiyyətin hansı qrupların əlində olacağı müəyyənləşəcək".

Politoloq deyib ki, əgər SEPAH-ın dominant rolu davam edərsə, regionda risklərin artacağı gözlənilir, çünki bu qüvvələr uzun illər boyunca regionda agresiv siyasətləri ilə fərqləniblər.

"Əksinə, daha mütəzil və konstruktiv siyasi xəttin üstünlük qazanması regionda gərginliyin azalmasına səbəb olacaq.

Hazırda əsas diqqət isə İrandakı daxili siyasətdən çox müharibənin gedişinə yönəlib, çünki indidən onun nəticələrini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Amerikanın planları hələ tam həyata keçməyib, İran mübarizəni davam etdirir və savaş getdikcə daha qlobal miqyas alır"- deyə o bildirib.

Seçilən
22
1
musavat.com

2Mənbələr