AZ

ABŞ-nin HHM ehtiyatları azalır

Yaxın Şərqdə gərginliyin artması fonunda Fars körfəzi ölkələrinin hava hücumundan müdafiə imkanları ciddi sınaq qarşısındadır.

Musavat.com xəbər verir ki, Bloomberg agentliyinin yaydığı məlumata görə, ABŞ və İsrailin İranla davam edən müharibəsi ərzində cəmi bir ayda ən azı 2400 ədəd HHM raketi istifadə olunub.

Məlumata əsasən, müharibədən əvvəl ABŞ və müttəfiqlərinin arsenalında təxminən 2800 ədəd Patriot PAC-3 və GEM-T tipli raket mövcud idi. Hazırda isə bu ehtiyatların böyük hissəsinin tükəndiyi və sistemlərin kritik həddə çatdığı bildirilir.

Ekspertlər vurğulayır ki, əsas problem yalnız sürətli sərfiyyat deyil, həm də istehsalın məhdud olmasıdır. ABŞ-nin müdafiə sənayesi nəhəngi Lockheed Martin ildə təxminən 650 ədəd PAC-3 raketi istehsal edir ki, bu da mövcud döyüş tempini kompensasiya etmək üçün yetərli deyil.

Digər tərəfdən, ABŞ-nin silah prioritetləri də diqqət çəkir. Dövlət katibi Marko Rubio daha əvvəl açıqlamasında bildirib ki, hərbi zərurət yaranarsa, Ukrayna üçün nəzərdə tutulan silahlar Yaxın Şərqə yönləndirilə bilər. Lakin hələlik belə bir qərar verilməyib.

 

Musavat.com

Seçilən
40
musavat.com

1Mənbələr