AZ

Azarkeşlər VAR-a qarşı etiraz edirlər

İngiltərə Premyer Liqası klublarının azarkeşləri arasında keçirilən sorğu “Football Supporters Association” tərəfindən açıqlanıb.

Publika.az xəbər verir ki, nəticələr VAR sisteminə münasibətin əsasən mənfi olduğunu göstərib. Sorğuda təxminən 8000 azarkeş iştirak edib və onların yarıdan çoxu cari mövsümdə komandalarının ən azı 15 ev oyununu stadiondan izləyib.

Nəticələrə əsasən respondentlərin 97 faizi VAR-ın futbol izləməyi daha zövqlü etdiyini düşünmür. 90 faizdən çoxu bu sistemin stadion təcrübəsini yaxşılaşdırmadığını bildirib. 75,71 faiz azarkeş VAR-dan ümumiyyətlə istifadənin əleyhinədir. 70 faizdən çox respondent isə sistemin hakim qərarlarının dəqiqliyini artırdığı fikri ilə razılaşmayıb.

Seçilən
43
publika.az

1Mənbələr