Türkiyə hərbi-dəniz gücünü yeni səviyyəyə çıxarmağa hazırlaşır.
Musavat.com xəbər verir ki, Türkiyənin dövlətə məxsus müdafiə şirkəti ASFAT-ın baş direktoru Mustafa İlbaş iddialı layihə barədə açıqlama verib.
Onun sözlərinə görə, hazırlanan TF-2000 destroyer esminesi ölkənin donanmasının flaqmanı olacaq və “polad qübbə” hava hücumundan müdafiə sisteminin dənizdəki davamı rolunu oynayacaq.
Bildirilir ki, bu döyüş gəmisi tam yerli HHM sistemləri ilə təchiz ediləcək və hətta ballistik raketləri belə havada məhv etmək imkanına malik olacaq. Bu xüsusiyyət TF-2000 layihəsini regionda strateji baxımdan son dərəcə önəmli edir.
Layihəyə əsasən, esminesin 2027-ci ildə suya buraxılması, 2031-ci ildə isə Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.
Musavat.com