AZ

Co Roqan Konorun UFC-yə qayıdışını tənqid edib

58 yaşlı məşhur amerikalı podkastçı və UFC şərhçisi Co Roqan keçmiş UFC yarımyüngül və yüngül çəkidə çempionu Konor Makqreqoru lağa qoyub.

İdman.Biz bildirir ki, Roqan Makqreqorun UFC-yə qayıtmasını ələ salıb.

“Bunu yazanda nə qədər sərxoş imiş? Ümid edirəm ki, Konor geri qayıdıb və bütün bunlar doğrudur. Onun daha bir neçə döyüşünü görmək maraqlı olacaq”, - deyə “Bloody Elbow” Roqanın sözlərini sitat gətirir.

İrlandiyalı 2021-ci ilin iyul ayında UFC 264-də keçmiş UFC yüngül çəki çempionu Dastin Poryeyə ilk raundda texniki nokautla (ayaq zədəsi) məğlub olduqdan bəri qarışıq döyüş sənətlərində döyüşməyib. Onun peşəkar rekordu 22 qələbə və altı məğlubiyyətdir.

İdman.Biz
Seçilən
36
1
idman.biz

2Mənbələr