Florida qubernatoru Palm-Biç hava limanına ABŞ Prezidenti Donald Trampın adının verilməsinə dair qanun layihəsini imzalayıb.
"Far.Az" xəbər verir ki, bu barədə "CBS" məlumat yayıb .
Qeyd olunub ki, ABŞ Prezidentinin iqamətgahının yaxınlığında yerləşən Palm-Biç hava limanı "Donald Tramp Beynəlxalq Hava Limanı" adlandırılacaq.
Qanunun 1 iyulda qüvvəyə minməsi planlaşdırılır, lakin adın dəyişdirilməsi üçün hələ də Federal Aviasiya Administrasiyasının təsdiqi tələb olunur.