AZ

Ni ölkə başçısı Netanyahu ilə görüşməkdən imtina etdi

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

İsrailin Baş naziri Binyamin Netanyahu İordaniya kralı II Abdullah ilə görüşmək istəsə də, İordaniya tərəfi bundan imtina edib.

Lent.az xəbər verir ki, bu barədə İsrailin Kan dövlət televiziyası məlumat yayıb.

Məlumata görə Netanyahunun ofisi İranla qarşıdurma başlamazdan əvvəl iki lider arasında görüş təşkil etmək xahişi ilə Ammanla əlaqə saxlayıb.

Görüşün məqsədi ABŞ-a İsrail və İordaniyanın, xüsusən də Qəzzada atəşkəsdən sonra yaxşı münasibətdə olduğunu göstərmək olub.

Bu xahişə cavab olaraq İordaniya hökuməti Fələstin dövlətinin yaradılması perspektivləri, fələstinlilərin Qəzza zolağından çıxarılmasının qarşısının alınması, Qüdsdəki Əl-Əqsa məscidinə ibadət edənlərin girişinin təmin edilməsi və zorakılıq yolu ilə İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin salınması məsələsi də daxil olmaqla bir sıra məsələlərə aydınlıq gətirilməsini tələb edib.

Dövlət televiziyası bildirib ki, İsraildən gələn cavablar İordaniya tərəfini qane etməyib və nəticədə kral Netanyahu ilə görüşdən imtina edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
3
lent.az

9Mənbələr