AZ

CNN: E-3 təyyarəsinin məhv edilməsi ABŞ-nin imkanlarını zəiflədə bilər

BAKI, 31 mart. TELEQRAF

ABŞ-nin uzaqmənzilli radiolokasiya aşkarlama təyyarəsi "Boeing E-3 Sentry"nin məhv edilməsi Vaşinqtonun İrandan gələn təhlükələri vaxtında müəyyən etmə imkanlarını azalda bilər.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Hərbi analitik, ABŞ Hərbi Hava Qüvvələrinin sabiq polkovniki Sedrik Leytonun sözlərinə görə, bu vəziyyət ABŞ-nindöyüş aviasiyasının fəaliyyətini koordinasiya etmək, təyyarələri hədəflərə yönləndirmək və onları düşmən aviasiyası ilə raket sistemlərinin hücumlarından qorumaq imkanlarına təsir göstərə bilər.

O bildirib ki, "AWACS" (uzaqmənzilli radiolokasiya aşkarlama və idarəetmə təyyarəsi) kimi sistemlərin itirilməsi ABŞ-nin müşahidə və nəzarət imkanlarına ciddi zərbədir.

Seçilən
46
teleqraf.com

1Mənbələr