AZ

Hörmüz boğazı bir az da bağlı qalsa neftin qiyməti 150 dollara çata bilər

Hörmüz boğazının daha bir ay bağlanması “Brent” markalı xam neftin qiymətinin 150 dollara qədər yüksəlməsinə səbəb ola bilər.

Bunu ABŞ-ın “JP Morgan” bankının baş iqtisadçısı Brus Kasman deyib.

"Kanalın daha bir ay bağlı qalması ssenarisi neftin qiymətinin 150 dollara qədər yüksəlməsinə və sənaye istehlakçıları üçün elektrik enerjisi təchizatının pozulmasına səbəb ola bilər", - o deyib.

Qeyd edək ki, martın 30-da Londonun “ICE” birjasında 2026-cı ilin iyun ayı üçün “Brent” markalı xam neftin fyuçerslərinin qiyməti 19 mart 2026-cı ildən bəri ilk dəfə 115 dolları keçib, lakin sonradan 112,78 dollara düşüb.

KİV: Körfəz ölkələri ABŞ-ı İranla müharibəni davam etdirməyə çağırır

Səudiyyə Ərəbistanı və BƏƏ başda olmaqla bir neçə Körfəz ölkəsi ABŞ-ı İrana qarşı hərbi əməliyyatları davam etdirməyə çağırır.

Bu iddianı “Associated Press“ adı çəkilməyən ABŞ, İsrail və Körfəz rəsmilərinə istinadən irəli sürüb.

Məlumata görə, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn nümayəndələri gizli şəkildə İranın rəhbərliyində köklü dəyişiklik olana qədər ABŞ-İsrail hərbi əməliyyatını davam etdirmək istədiklərini bildiriblər.

İş elanları AzVak.az-da

© APA

Seçilən
34
6
marja.az

7Mənbələr