AZ

"Bayern Münhen"də ayrılıq reallaşdı - RƏSMİ

"Bayern Münhen"də ayrılıq reallaşıb. 

Fanat.Az xəbər verir ki, Almaniya nəhəngi rəsmi saytında oyunçusu Rafael Qerreyrunun gedişini açıqlayıb. 

32 yaşlı portuqaliyalı 2025/26 mövsümünün sonunda Münhen klubundan azad agent kimi ayrılacaq. Oyunçu və klub müqavilənin müddətinin uzadılmaması barədə razılığa gəliblər. 

Rafael Qerreyru 2023-cü ilin yayında "Borussiya Dortmund"dan transfer olunmuşdu. Portuqaliyalı futbolçu Münhen klubunda 89 oyun keçirib, 12 qol vurub və 8 məhsuldar ötürmə edib. 

"Bayern Münhen" Almaniya Bundesliqasında növbəti oyununu 4 aprel şənbə günü səfərdə "Frayburq"a qarşı keçirəcək. 

Seçilən
15
2
fanat.az

3Mənbələr