AZ

Xalqımıza qarşı törədilmiş qanlı faciə!

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Erməni daşnaklarının azərbaycanlılalara qarşı həyata keçirdiyi soyqırımından 108 il ötür.

1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmişdir. Bakı şəhərində, həmçinin Bakı quberniyasına daxil olan digər şəhərlərdə on minlərlə dinc sakin qətlə yetirilmiş, işgəncələrə məruz qalmışdır. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.

Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu. Bununla da azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərildi. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu.

Ümummilli Lider Heydər Əliyev, 1993-cü ildən başlayaraq Azərbaycanda hakimiyyətə gəldikdən sonra 31 mart soyqırımının anılması məsələsinə xüsusi diqqət yetirmişdir. 1998-ci ildə Heydər Əliyev 31 mart tarixini "Soyqırımı Günü" olaraq qəbul edilməsi ilə bağlı sərəncam imzaladı. Bu sərəncam, 31 martın hər il Azərbaycan xalqı tərəfindən soyqırımı qurbanlarını anmaq üçün rəsmi olaraq qeyd olunmasını təmin etdi.Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyev, Ulu Öndərin siyasətini davam etdirərək 31 mart soyqırımının anılması məsələsində daha da genişləndirici və davamlı tədbirlər həyata keçirmişdir. Erməni-bolşevik silahlı dəstələrinin 1918-ci ildə azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planı hazırlanıb həyata keçirilib.

Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çox ermənilərin “böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

Altun Şeydayev,

YAP Ağsu rayon təşçkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
redaktor.az

2Mənbələr