AZ

Azərbaycan neftinin qiyməti rekord qırdı – 128 dolları ötdü

“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,8 ABŞ dollar artıb.

7Times.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,8 ABŞ dolları və ya 5,61 % artaraq 128,05 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Seçilən
1
49
7times.az

10Mənbələr