Ermənistanda məktəblilərə qarşı cinayət işi açılıb.
"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, onlar Baş nazir Paşinyanın Müqəddəs Anna kilsəsində olduğu vaxt yaranmış insidentdə iştirak ediblər.
İstintaq Komitəsi 3 şəxsə qarşı Cinayət Məcəlləsinin xuliqanlıq, vəzifəli şəxsin qanuni vəzifəli və ya siyasi fəaliyyətinə müdaxilə və s. maddələri ilə cinayət işi açıb.
Xatırladaq ki, insident martın 29-da baş verib.
Telegram kanalımız