AZ

Beyləqanda 59 yaşlı qadın sirkə turşusundan zəhərlənib

BELƏQAN, 31 mart. TELEQRAF

Beyləqanda 59 yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Toğrul Atakişiyev küçəsində baş verib.

Rayon sakini 1967-ci il təvəllüdlü Hüseynova Familə Aydın qızı sirkəturşusundan zəhərlənib.

F.Hüseynova yaxınlarının köməkliyi ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
73
teleqraf.com

1Mənbələr