AZ

Tudorun yerini kim tutacaq?

İqor Tudor ilə bağlı bir neçə gün əvvəl yayılan xəbər doğru çıxıb.

"Football-plus.az" xəbər verir ki, “Tottenhem” baş məşqçi ilə yolları ayırıb. Bu, son bir ildə komandada baş verən 3-cü məşqçi ayrılığıdı. Tudordan əvvəl 2025-ci ilin iyununda komanda ilə Avropa Liqasının qalibi olmuş Angelos Postekoğlu vəzifəsindən kənarlaşdırılmış, onu əvəz edən Tomas Frank isə bir neçə ay sonra, bu ilin fevralında klubu tərk etmişdi.

Xatırladaq ki, “Tottenhem” fevralın 14-dən komandaya rəhbərlik edən Tudorun rəhbərliyi altında keçirdiyi 7 oyunun 5-də uduzub. Hazırda komanda ölkə çempionatında 30 xalla 17-ci yeri tutur.

BBC-nin məlumatına görə, “Tottenhem”i bundan sonra Roberto De Zerbi çalışdıracaq. İtaliyalı mütəxəssislə 5 illik müqavilənin imzlanacağı gözlənilir. De Zerbinin illik maaşı 13,8 milyon avro olacaq. Bununla da o, premyer-liqada yalnız Xosep Qvardiola və Mikel Artetadan geri qalacaq.

Xatırladaq ki, De Zerbi fevralın əvvəlində “Marsel”dən istefaya göndərilib.

Seçilən
48
1
football-plus.az

2Mənbələr