AZ

"FIFA İran milli komandası üçün ən yaxşı şəraiti yaradacaq" - İnfantino

“Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) iyun-iyul aylarında ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Çempionatında İran milli komandasının oyunlarının ABŞ-dən başqa yerə keçirilməsi variantlarını nəzərdən keçirmir”.

Missiya.Az xəbər verir ki, bunu FIFA Prezidenti Canni İnfantino deyib.

O, İran milli komandası üçün ən yaxşı şəraitin yaradılacağına söz verib:

"Biz real dünyada yaşayırıq və İran komandası ilə vəziyyətin nə qədər çətin olduğunu başa düşürük, amma onların oyunlarını ən yaxşı şəraitdə keçirmələrini təmin etmək üçün çalışırıq. Bunu təmin edəcəyik. Yalnız bir seçim var. Alternativ variantları müzakirə etmirik", - deyə İnfantino vurğulayıb.

FİFA Prezidenti bildirib ki, biz mürəkkəb geosiyasi kontekstdə yaşayırıq və bu problemləri həll edə bilmərik, amma birləşmək, insanları sülh və şənlik atmosferində bir araya gətirmək imkanımız var.

Məlumata görə, İran komandasının iştirak etdiyi qrup mərhələsinin oyunlarının Los-Anceles və Sietldə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bundan öncə İran Futbol Federasiyası qrup mərhələsinin üç oyunun Meksikada keçirilməsi üçün FIFA ilə danışıqlar aparıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
16
missiya.az

1Mənbələr