AZ

Bütün gün tox saxlayan 3 qida Aclıq hissini örtür

ain.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Aclıq hissi qəfil yaranır və orqanizm dərhal qida tələb edir. İnsan bu hissi gecikdirməyə çalışdıqca, iştahı daha da güclənir. Mütəxəssislər bildirirlər ki, bu hal hər zaman real aclıqla bağlı olmur. Dietoloqların sözlərinə görə, bir çox hallarda orqanizm susuzluq, stress və ya yorğunluq siqnallarını aclıq kimi qəbul edir. Bu səbəbdən də qəfil yaranan iştah hissini düzgün idarə etmək vacibdir.

Lent.az xarici meiaya istinadən xəbər verir ki, mütəxəssislər iştahanı azaltmağa kömək edən bəzi sadə və effektiv üsulları tövsiyə edir.

Əvvəlcə, su içmək ön plana çıxır. Çox vaxt beyin susuzluğu aclıqla qarışdırır və bir stəkan su bu hissi dərhal azalda bilir. Bundan əlavə, su həzm prosesini aktivləşdirir və şirniyyata olan meyli zəiflədir.

İkinci faydalı seçim alma hesab olunur. Liflə zəngin olan alma mədədə doluluq hissi yaradır və qanda şəkərin səviyyəsini sabit saxlayır. Bu da qəfil aclıq tutmalarının qarşısını almağa kömək edir.

Üçüncü tövsiyə isə şəkərsiz yunan yoqurtudur. Tərkibindəki zülal sayəsində bu məhsul uzun müddət toxluq hissi yaradır. Həzm prosesi daha yavaş getdiyi üçün xüsusilə axşam saatlarında qəfil yemək istəyi azalır. Bəzi dietoloqlar yoğurda az miqdarda darçın əlavə etməyi də məsləhət görür. Bu, şirniyyata olan istəyi azaldır və xoş ətir verir.

Ekspertlər vurğulayır ki, bu qidalar əsas yeməyi əvəz etmir. Onlar yalnız yalançı aclıq anlarında vəziyyəti idarə etməyə kömək edir.

Əgər iştah tez-tez yaranırsa, gündəlik qidalanma rejiminə diqqət yetirmək lazımdır. Rasionda zülal və mürəkkəb karbohidratların az olması bu vəziyyətə səbəb ola bilər.

Psixoloqlar isə bildirir ki, emosional aclıq qida ilə aradan qalxmır. Belə hallarda istirahət etmək və ya diqqəti başqa istiqamətə yönəltmək daha effektivdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
lent.az

1Mənbələr