AZ

“Qarabağ” sadiq azarkeşi Zəfər Hacılının dəfnində iştirak etmədi SƏBƏB

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Məlum olduğu kimi, “Qarabağ” azarkeşi kimi tanınan Zəfər Hacılı dünyasını dəyişib. Mərhum bir neçə gün əvvəl “feysbuk” səhifəsində nəfəs ala bilməmək, boğulma və güclü öskürək üzündən təcili tibbi yardıma müraciət etdiyini, lakin onunla bağlı heç bir tədbir görülmədiyini bildirmişdi. O, qızdırması aşağı olduğuna görə xəstəxanaya qəbul edilmədiyini, çox ağır vəziyyətdə olduğunu qeyd etmişdi.Bəs, Ağdam təmsilçisi bu ərəfədə Zəfərin durumuyla maraqlanmışdımı? Ona maddi, mənəvi dəstək göstərilirdimi? Klub nümayəndələri mərhum azarkeşin dəfnində iştirak etdimi?Bu suallarla “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Qarabağ” camiəsi adından bir daha sadiq azarkeşimiz Zəfər Hacılının ailəsinə, yaxınlarına başsağlığı veririk. O bizim əzizimiz, doğmamız idi. Klub olaraq, daim ünsiyyətdəydik. Çalışırdıq ki, hər zaman maddi və mənəvi dəstək olaq. Belə halın yaşanması – Zəfərin vəfat etməsi bizi çox üzdü. O, Qubanın ucqar kəndlərindən birində dəfn edildi. Hava şəraitiylə əlaqədar dəfndə iştirak etməyimiz mümkün olmadı. Amma ailəsiylə ünsiyyətimiz davam edir. Bundan sonra da əlimizdən gələni etməyə çalışacağıq”.

KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
icma.az

2Mənbələr