AZ

Aktrisa həkimin səhvinə görə 6 dəfə əməliyyat keçirdi

Məhşur türkiyəli aktrisa Aslı Bekiroğlu mioma əməliyyatı zamanı baş verən ciddi tibbi səhv nəticəsində altıncı əməliyyat keçirib.

"Unikal" xəbər verir ki, aktrisa bu barədə sosial media hesabında paylaşım edib. 

Belə ki, Bekiroğlu prosesin düşündüyündən çox ağır keçdiyini və hələ bir əməliyyat daha olacağını açıqlayıb.

Qeyd olunur ki, aktrisanın əməliyyat zamanı bağırsağı yanlışlıqla kəsilib, nəticədə ciddi komplikasiyalar yaranıb. Bu səbəbdən o bir neçə dəfə cərrahiyyə masasına qayıtmalı olub və fiziki, həm də psixoloji olaraq ağır dövr keçirib.

Bekiroğlu bildirib ki, yaşadığı təcrübəni paylaşmaqla oxşar vəziyyətdə olanlara dəstək olmaq istəyir və baş verən tibbi səhvə görə hüquqlarını tələb etmək üçün addım atacaq.

Onun açıqlamaları sosial mediada geniş rezonans doğurub.

Ayxanım Məlikova

Seçilən
13
50
unikal.az

10Mənbələr