AZ

Millimizin oyun proqramı açıqlanıb

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki oyunlarının proqramı bəlli olub.

Apasport.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığma F qrupunda ilk matçını Avstriyaya qarşı keçirəcək.

Qarşılaşma mayın 28-də, yerli vaxtla saat 13:30-da start götürəcək.

Azərbaycan komandası mayın 29-da, saat 15:45-də İtaliya ilə, 30-da, saat 13:15-də isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq.

II Liqa: Liderdən darmadağın - 14:0

Millimiz Malta ilə bacarmadı

“Qarabağ”dan azarkeşlərə xüsusi güzəştlər tətbiq olunacaq

“Qarabağ” - “Sabah” matçının biletləri satışa çıxarılır

Qurbanov ilk beynəlxalq təyinatını alıb

Seçilən
46
8
apasport.az

9Mənbələr