Avropa ölkələrinin enerji nazirləri Yaxın Şərqdəki gərginlik fonunda neft və qaz təchizatının pozulmasına qarşı cavab tədbirlərini müzakirə edəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Şurasının daxili sənədində bildirilib.
Qeyd olunur ki, nazirlər neft və qaz bazarının daralması fonunda görüləcək tədbirləri müzakirə edəcəklər. Söhbət başlıca olaraq neft məhsulları bazarının sabitləşməsi və gələn qış üçün qaz anbarlarının doldurulmasından gedir. Son 1 ayda Avropada qaz qiymətləri 70 faiz bahalaşıb.
Nazirlərin iclası Qrinviç vaxtı ilə saat 13.00-da (Bakı vaxtı ilə 17.00) başlayacaq.