AZ

Səudiyyə Ərəbistanı və BƏƏ İranda hakimiyyət dəyişikliyinə qədər müharibənin davam etməsini istəyir

BAKI, 31 mart. TELEQRAF

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) başda olmaqla Körfəzidövlətləri ABŞ Prezidenti Donald Trampa İran kifayət qədər zəifləyənə qədər müharibəni davam etdirməsi üçün təzyiq göstərirlər.

Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” ABŞ, İsrail və ərəb ölkələri rəsmilərinə istinadla məlumat yayıb.

Qətər və Oman diplomatik həll prosesini dəstəkləməyə davam edirlər.

Nəşr Körfəz dövlətlərinin müharibədən əvvəl ABŞ-İsrail hücumu haqqında kifayət qədər məlumatlı olmadıqlarından və Vaşinqtonun müharibənin bütün region üçün dağıdıcı nəticələri ilə bağlı xəbərdarlıqlara məhəl qoymamasından şikayətləndiklərini yazıb. Amma onlar indi Ağ Evə müharibənin İranda dini hakimiyyəti tamamilə və birdəfəlik məhv etmək üçün tarixi fürsət yaratdığını bildirirlər.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Bəhreyn rəsmiləri şəxsi söhbətlərində İranda ciddi dəyişikliklər və ya Tehranın davranışında əhəmiyyətli dəyişiklik olana qədər hərbi əməliyyatların bitməsini istəmədiklərini söyləyiblər.

Seçilən
21
14
teleqraf.com

10Mənbələr