AZ

Gürcüstan Rusiya neftindən imtina edir

Bakı. Trend:

Gürcüstanda yeganə neft emalı zavodu olan Kulevi limanındakımüəssisə (Kulevi Oil Refinery) Rusiya neftinin qəbulunu vəistifadəsini dayandırır.

Trend xəbər verirki, bu barədə müəssisəni idarə edən “Black Sea Petroleum”şirkətinin baş direktoru David Potsxveriya bildirib.

Onun sözlərinə görə, şirkət Rusiya neftini Türkmənistan vəQazaxıstandan tədarük olunan xammalla, eləcə də digər alternativmənbələrlə əvəz etməyi planlaşdırır.

“Məqsədimiz mövcud Rusiya neftini tamamilə əvəz etməkdir”, –deyə o qeyd edib.

Bu açıqlama Qara dəniz sahilində yerləşən Kulevi neftterminalının Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə az qalaAvropa İttifaqının sanksiya siyahısına daxil edilməsindən sonrasəsləndirilib.

Məqalədə:
Seçilən
15
1
az.trend.az

2Mənbələr