AZ

Dünya şöhrətli sənətçilərdən miqrant uşaqlar üçün açıq məktub

Dünya şöhrətli sənətçilər Madonna, Javyer Bardem, Pedro Paskal, Mark Ruffalo, Ceyn Fonda, Amerika Ferrera və Elliot Peyc ABŞ-də miqrantları saxlayan ICE (ABŞ Miqrasiya və Gömrük Nəzarəti Agentliyi) polisinin Texasdakı mərkəzinin bağlaması ilə bağlı ABŞ federal hökumətinə çağırış edən açıq məktub yayıblar.

“Yeni Sabah” NBC News-a istinadla xəbər verir ki, “Heç bir uşaq miqrant həbsxanasında saxlanılmamalıdır” ifadəsi ilə başlayan məktubu imzalayan digər məşhurlar arasında Con Legend, Brandi Karlile, Hanna Eynbinder, Alexandro QGonsales İnarritu, Vunmi Mosaku, Billi Porter, Kek Palmer, Hasan Minhac, Kati Kouric və Susan Sarandon da var.

Sənətçilər məktubda miqrant həbsxanalarında saxlanılan uşaqların travma, laqeydlik və əsas sağlamlıq, təhlükəsizlik və insan hüquqları standartlarını pozan şəraitlə üzləşdiyini vurğulayıblar. Pozuntular arasında təmiz suyun verilməməsi, kifli yeməklər, tibbi laqeydlik, yuxusuzluq, hüquqi məsləhətdən məhrum edilmə və uşaqların ailələrindən ayrılması göstərilir:

“Uşaqlar məktəblərdə və oyun meydançalarında olmalıdır, həbsxanalarda deyil”.

Sənətçilər federal hökuməti Dilli mərkəzini dərhal bağlamağa, uşaqları və ailələrini evlərinə və icmalarına qaytarmağa, uşaqların həbsinə son qoymağa çağırıblar.

“Öhdəliyimiz mərkəzin bağlanması ilə bitmir. ABŞ-nin hər yerində belə sui-istifadələrin qarşısını almaq üçün şəffaflıq, hesabatlılıq və sistemli islahatlar tələb edirik”, - müraciətdə deyilib.


Telegram kanalımız
Seçilən
12
yenisabah.az

1Mənbələr