ABŞ İrana qarşı hərbi əməliyyatlar zamanı müxtəlif modelli mindən çox qanadlı raketdən istifadə edib.
Herbiand.az xəbər verir ki, “Bloomberg” agentliyinin mənbələrinə istinadla yaydığı məlumata görə, ABŞ müharibənin gedişində hər biri 2 milyon dollara başa gələn yüzlərlə “Tomahawk” raketi və hər biri 1,5 milyon dollarlıq mindən çox “JASSM” qanadlı raketi buraxıb. Müharibədən əvvəl ABŞ-nin arsenalında təxminən 4000 “Tomahawk” raketinin olduğu bildirilir.
Eyni zamanda, Fars körfəzi ölkələri İranın hücumlarını dəf etmək üçün 2400 tutucu raketdən istifadə ediblər. Münaqişədən əvvəl bölgədə bu cür raketlərin arsenalının 2800 ədəd olduğu təxmin edilir. Onlar əsasən “Patriot” hava hücumundan müdafiə sistemləri üçün istifadə edilən “PAC-3” və “GEM-T” raketlərindən ibarətdir.