AZ

Zakir Həsənovun yanındakı general kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin rəhbər heyəti Mühəndis Qoşunlarının Mühəndis-İstehkam Mərkəzinin, Psixoloji Təminat İdarəsi və Bakı Hərbi Psixoloji Sağlamlıq Mərkəzinin, eləcə də Hüquq İdarəsinin inzibati binalarının açılışında iştirak edib. Həmçinin Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecində və Baş Klinik Hospitalın Təcili Tibbi Yardım bölməsində görülən işlərlə tanış olublar.

Musavat.com xəbər verir ki, fotoda müdafiə naziri, general-polkovnik Zakir Həsənovun yanında general-mayor Anar Kərimov görünür.

O, Nazirliyin Mühəndis Qoşunları Baş İdarəsinin rəisidir və Azərbaycan Ordusunun tarixində ilk mühəndis qoşunları generalıdır.

A.Kərimov 1988-1992-ci illərdə Ukraynada Ali Hərbi Məktəbdə təhsil alıb və ixtisasca tərbiyəvi işin təşkili üzrə komandir müavinidir. 2002-ci ildə Türkiyə Silahlı Qüvvələri Akademiyasını bitirib, həmçinin Böyük Britaniya, ABŞ, Almaniya və Türkiyədə qərargah və planlama kurslarında iştirak edib.

2014-cü ildən Mühəndis Qoşunları İdarəsinin rəisi olan general-mayor Anar Kərimov Qarabağ Müharibəsinin və 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Müharibədə göstərdiyi şücaətə görə "general-mayor" rütbəsinə layiq görülüb və "Zəfər" ordeni, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib./Bakıvaxtı.az/

Seçilən
4
2
musavat.com

3Mənbələr