AZ

İtaliyanın adı casus qalmaqalında hallanır: NATO əsgəri bosniyalıların məşqini çəkib FOTO

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bosniya və Herseqovina ilə İtaliya arasında mövsümün ən qızğın oyunlarından biri ərəfəsində əsl casus qalmaqalı yaşanır.

Fanat.Az xəbər verir ki, Bosniya milli komandasının Butmirdə keçirilən məşqi zamanı EUFOR missiyasından olan italyan əsgəri mobil telefonu ilə prosesi lentə almağa çalışıb. 

İnformasiyanı "Marca" yayıb. Mənbənin məlumatına görə, Sergey Barbaresin komandasının təhlükəsizlik xidməti tərəfindən həmin şəxs dərhal uzaqlaşdırılıb, lakin hadisə artıq rezonans doğurub. Məşqin yalnız ilk 15 dəqiqə mətbuat üçün açıq olsa da, əsgər həmin ərazidə qalıb. Məsələ burasındadır ki, bir çox böyük milli komandalardan fərqli olaraq, Bosniyanın qapalı təlim mərkəzi yoxdur. 

Hadisə artıq beynəlxalq qalmaqala səbəb olub.Bosniya və Herseqovina Futbol Federasiyası Avropa Birliyinin Bosniya və Herseqovinadakı missiyası olan EUFOR-a şikayət ərizəsi ilə müraciət edib. Söhbət təkcə komandanın nüfuzundan deyil, həm də dünya çempionatında iştirak və mümkün maliyyə cəzasından gedir.

Bu arada İtaliya öz media orqanları vasitəsilə cavab verib. "Corriere dello Sport" olayı belə izah edib: 

"Şübhəli şəxs milli komandada işləyən italyan casusu deyildi və onun başqa fəaliyyətlərlə əlaqəsi yox idi. O, sadəcə bazanın yaxınlığında olan və görünür, Dzeko və komanda yoldaşlarının məşqini izləmək üçün dayanan bir italyan əsgəri idi. Yəni o, İtaliya Futbol Federasiyası və ya Cennaro Qattuzo tərəfindən göndərilən casus deyil. Məsələ ondadır ki, EUFOR komandanlıq bazası Bosniya millisinin məşq etdiyi Butmir təlim poliqonunun yaxınlığında yerləşir. Çoxmillətli batalyon (MNBN) və İtaliya Karabinieri də daxil olmaqla hərbi polis heyətinin yerləşdiyi NATO qərargahı da həmin ərazidə yerləşir".

Xatırladaq ki, Bosniya və Herseqovina DÇ-2026-nın pley-off mərhələsinin finalında İtaliya ilə bu gün, 31 martda qarşılaşacaq. Görüşün start fiti saat 22:45-də çalınacaq.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
fanat.az

1Mənbələr