Şəmkirdə baş verən dəhşətli qətlin təfərrüatları məlum olub.
Yaxınları onu da qeyd ediblər ki, Anar Allahverdiyev bir müddət əvvəl yenidən imtahan verib, elə bu imtahandan da keçə bilməyib. Bundan sonra 33 yaşlı Anar özünə qapanıb.
Mərhumun atası Natiq Allahverdiyev bildirib ki, hadisə baş verən vaxtı oğlu ilə həyat yoldaşı evdə tək olub. Natiq Allahverdiyevin sözlərinə görə, anası həmişə oğluna deyirmiş ki, atana köməklik et. Hadisə baş verən gün də ana övladına eyni sözləri dediyindən mübahisə yaşanıb. Qohumların sözlərinə görə, Anar Allahverdiyev anasını qab yuyan zaman qətlə yetirib.
Oğlu tərəfindən qətlə yetirilən 66 yaşlı Çiçək Sərdarovanın yaxınları onun çox sakit bir qadın olduğunu bildiriblər. Məlumata görə, 66 yaşlı qadın uzun müddət Qaracəmirli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib.Ötən il isə Çiçək Sərdarova təqaüdə çıxıb.
Qeyd edək ki, qətlə yetirilən Çiçək Sərdarovanın 3 oğlu olub. Anasını öldürən 33 yaşlı Anar Allahverdiyev subay olub. O, ruhi xəstəlikdən əziyyət çəkirmiş.
Xatırldaq ki, hadisə dünən günorta saatlarında Şəmkir rayonun Qaracəmirli kəndində baş verib. Kənd sakini 33 yaşlı Anar Allahverdiyev küt alətlə 66 yaşlı anası Çiçək Sərdarovanı qətlə yetirib.
Faktla bağlı Şəmkir rayon prokrorluğunda araşdırma aparılır./unikal.az