AZ

Xurs-Nürgüt kənd avtomobil yolunda qaya uçqunu olub

Yazını böyüt
Yazını kiçilt

Güclü yağan yağışlar nəticəsində Ordubad rayonunun Xurs-Nürgüt kənd avtomobil yolunun 32-ci kilometrliyində qaya uçqunu baş verib.

Hafta.az xəbər verir ki, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları düşüb. Dərhal əraziyə agentliyin canlı qüvvəsi cəlb olunub.

Qaya parçaları qısa müddət ərzində dağıdılaraq ərazidən yığışdırılıb, yolda təhlükəsiz hərəkət bərpa edilib.

Seçilən
16
3
hafta.az

10Mənbələr