AZ

Mikels qardaşları Ruanda millisini qələbəyə daşıdılar - Leroy "ən yaxşı" seçildi

Ruanda millisi “FIFA Series-2026” turnirinin finalında Estoniya seçməsi ilə üz-üzə gəlib.

Fanat.Az xəbər verir ki, heyətində Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların olduğu Afrika təmsilçisi 2:0 hesablı qələbə qazanaraq turnirin qalibi olub.

"Zirə"nin futbolçuları Anje Mutsinzi, Leroy Mikels və onun "Sabah"da oynayan qardaşı Coy Lens Mikels matça start heyətində başlayıblar. "Karvan-Yevlax"ın formasını geyinən üçüncü qardaş Coy Slayd Mikels isə 79-cu dəqiqədə oyuna girib.

Coy Lens Mikels komandasının ilk qolunun məhsuldar ötürməsini edib. Leroy Mikels isə ikinci qolun müəllifi olub. O, qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

Seçilən
6
1
fanat.az

2Mənbələr