AZ

Azərbaycan və Suriya arasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında saziş təsdiq edilib

Bakı. TurkicWorld:

"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş" təsdiq edilib.

TurkicWorld xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, 2026-cı il fevralın 17-də Rabat şəhərində imzalanmış "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş" təsdiq edilib.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Suriya Ərəb Respublikası Hökumətinə və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına bildiriş göndərməlidir.

Seçilən
12
8
turkic.world

10Mənbələr