AZ

Elm günü elmi-analitik baxımdan mühüm platforma kimi çıxış etməlidir - ÖZƏL

"Elm günü yalnız elmi nailiyyətlərin qeyd olunduğu simvolik tarix kimi deyil, həm də elmi fəaliyyətin institusional və məzmun aspektlərinin elmi-analitik baxımdan yenidən qiymətləndirilməsi üçün mühüm platforma kimi çıxış etməlidir. Bu kontekstdə həmin gün: akademik sistemin problemlərini dərk etmək, elmi fəaliyyətin mahiyyətinə qayıtmaq, universitetləri yenidən düşünmək günüdür". "Olaylar" xəbər verir ki, bunu İqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib: "Elm günü akademik sistemin struktur, idarəetmə və etik problemlərinin sistemli şəkildə təhlil olunmasını, elmi fəaliyyətin mahiyyətinə - yəni bilik istehsalının keyfiyyətinə, orijinallığına və ictimai faydalılığına dönüşü, həmçinin universitetlərin funksional modelinin, missiyasının və cəmiyyətlə qarşılıqlı münasibətlərinin yenidən konseptuallaşdırılmasını şərtləndirən intellektual müzakirə mühiti kimi dəyərləndirilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr